Bədənin normal rifahı və bərpası üçün keyfiyyətli yuxu lazımdır. Ancaq xoruldama çox vaxt buna mane olur. Bəzi hallarda xoruldama o qədər güclü olur ki, hətta başqa otaqdan belə asanlıqla eşidilir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, gündə yalnız 30 saniyə dilinizi hərəkət etdirməklə xoruldamaqdan qurtula bilərsiniz.
Belə ki, yatmazdan əvvəl ağzınızı bağlamaq və dili əvvəlcə bir istiqamətə on dəfə, sonra isə digər tərəfə daha on dəfə hərəkət etdirmək lazımdır. Sonra üçüncü istiqamətə daha on dəfə hərəkət etmək lazımdır.
Xəstələrin 59%-i bu sadə üsuldan cəmi üç gecə istifadə etdikdən sonra xoruldamağı tərgidib.