Tez yuxuya getməyin  üç qeyri-adi üsulu
11 fevral 2024 18:49 (UTC +04:00)

Tez yuxuya getməyin üç qeyri-adi üsulu

Kardioloq Olqa Narodovskaya tez yuxuya getməyin üç qeyri-adi üsulunu açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, mümkün qədər tez yuxuya getmək üçün rahatlaşdırıcı fiziki məşqlər etmək lazımdır.

Onun sözlərinə görə, həmçinin otaq temperaturu normal səviyyədə olmalıdır:

“Otağın ümumi temperaturu 17 dərəcəyə qədər olmalıdır. Bu temperatur keyfiyyətli yuxuya kömək edəcək. Yatmazdan əvvəl burnu yaxalamaq tez yuxuya getməyin üçüncü sadə yoludur. Gün ərzində burunda yığılan toz və selik insana yaxşı nəfəs almağa imkan vermir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11253
avatar

Arzu Qurbanlı

Oxşar yazılar