Tez arıqlamaq üçün qəhvəyə  kərə yağı   əlavə edin
22 fevral 2024 13:21 (UTC +04:00)

Tez arıqlamaq üçün qəhvəyə kərə yağı əlavə edin

Mütəxəssislər qəhvə ilə tez arıqlamağın yolunu tapıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qəhvəyə kərə yağı əlavə etmək orqanizmi yaxşılaşdıqmağa və sürətli şəkildə arıqlamağa kömək edir.

Bu içki həm də enerji səviyyəsini orta yüksək səviyyədə sabitləşdirir və aclıq hissini azaldır. Kərə yağı ilə qəhvə toxluq hissi yaradır və insana qəlyanaltıdan imtina etməyə imkan verəcək ki, bu da arıqlamaq istəyənlərə müsbət təsir göstərəcək. Bundan əlavə, bu içki bədəni sağlamlıq üçün çox faydalı olan A, E və K2 vitaminləri ilə təmin edir.

Bəs, kərə yağı ilə qəhvə necə hazırlanır? 

Sadəcə bir xörək qaşığı duzsuz, keyfiyyətli kərə yağı götürün və onu bir fincan qara filtrli qəhvəyə əlavə edin. Köpük əldə edənə qədər tez-tez çırpın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5376
avatar

Arzu Qurbanlı

Oxşar yazılar