Tələbə ailəsini koronavirusa yoluxdurmamaq üçün  GÖRÜN NƏ ETDİ   - VİDEO
19 may 2021 19:36 (UTC +04:00)

Tələbə ailəsini koronavirusa yoluxdurmamaq üçün GÖRÜN NƏ ETDİ  - VİDEO

Ailəsini koronavirusa yoluxdurmaq istəməyən tələbə özünü təcrud üçün qeyri-adi rejim seçib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, yaxınlarını yoluxmadan qorumaq istəyən gənc 11 gün ağacda oturub. 

Bu qeyri-adi hadisə Hindistanın Telenqana ştatının Nalqonda yaşayış məntəqəsində baş verib. 

Şiva adlı 18 yaşlı oğlan may ayının əvvəlində SARS-CoV-2 testinin pozitiv olduğunu öyrənib. 

Tələbə doğmalarının da koronavirusa yoluxduracağından qorxduğundan vaxtını evdə yox, yaxınlıqdakı ağacda oturmaqla keçirmək qərarına gəlib. Gənc adam budaqlardan bir yataq da "düzəldib".

Qeyri-adi özünütəcrid rejimi on gündən çox davam edib. Bütün bu müddətdə hindistanlı gənc ailəsi ilə mobil telefonla əlaqə saxlayıb.

Yeməyi qohumları xəstə tələbənin quraşdırdığı xüsusi bir "lift"dən istifadə eildərək ötürülüb.

Şivanın Hindistanın cənubundakı Haydarabad universitetində oxuduğu bildirilir. 

Bu yaxınlarda, epidemioloji vəziyyətin kəskin pisləşməsi səbəbindən universitetindəki dərslər ləğv edildiyi üçün gənc evlərinə qayıdıb.

ələbə ailəsini koronavirusa yoluxdurmamaq üçün bunu etdi

# 2580
avatar

Oxşar yazılar