Supermarketlərdəki toyuq ətinin  təhlükəsi AÇIQLANDI
08 yanvar 2022 16:07 (UTC +04:00)

Supermarketlərdəki toyuq ətinin təhlükəsi AÇIQLANDI

Britaniyalı jurnalist Morland Sanders bildirib ki, supermarketlərdə satılan toyuq ətində sağlamlıq üçün potensial təhlükəli olan bakteriyalar mövcuddur.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, mütəxəssislərin təhlili göstərib ki, test üçün götürülən sertifikatlaşdırılmış nümunələrin demək olar yarısında antibiotiklərə davamlı bakteriyalar var.

Ceyms Hatton İnstitutunun alimlərinin fikrincə, belə mikroblarla toyuq ətinin qida kimi qəbulu ciddi ağırlaşmalarla infeksiyaya səbəb olur. Təhlükə ondan ibarətdir ki, antibiotiklərlə müalicə səmərəsiz ola bilər.

Tədqiqatçıların fikrincə, hazırda antibiotiklərə qarşı müqavimət insan sağlamlığı üçün ən ciddi təhlükələrdən biridir. Antibiotiklər faydasız olarsa, bəzi ümumi yoluxucu xəstəliklər müalicə olunmaya bilər.

Mütəxəssislər toyuq ətini yumamağı və qablaşdırmadan birbaşa tavaya atmağı məsləhət görürlər. Bundan sonra heç bir səthə toxunmadan əllərinizi yaxşıca yumalısınız.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2346
avatar

Oxşar yazılar