Səhiyyə Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun qrant vəsaiti hesabına QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edib.
Lent.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib.
Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna avqust ayının 6-da başlanacaq.
Müraciət üçün son tarix avqustun 26-dır.
Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.
Qrant məbləğlərinin yuxarı həddi:
Böyük qrant müsabiqəsi – müsabiqə üzrə qrant məbləğinin aşağı həddi 30000 manat, yuxarı həddi 450000 manat olacaq.