Stress təbii olaraq orqanizmin və psixikanın müəyyən həyəcanverici amillərə normal reaksiyasıdır. Ancaq daimi və ya uzun müddət davam edən stress sağlamlığı məhv edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, buna görə də, stressi aradan qaldırmağa kömək edəcək düzgün yolları tapmaq lazımdır.
İdman
Keyfiyyətli məşq əsəb gərginliyi ilə mübarizənin ən ekoloji cəhətdən təmiz və faydalı üsuludur.
Musiqi
Bəzi insanlar kədərli və ya depressiv musiqi dinləmənin vəziyyətini daha da pisləşdirdiyini düşünür. Amma belə deyil. Əgər musiqini sevirsinizsə, onun əsl müalicəvi təsiri olacaq.
Yaxşı film
İstənilən keyfiyyətli film stresslə mübarizədə faydalı olacaq. Hətta kədərli bir hekayə də stressi aradan qaldırmağa kömək edəcək, çünki şəxsi xoşagəlməz düşüncələrdən empatiyaya keçəcəksiniz.