Spirtli içkini tərgitmək ömrü neçə il uzada bilir? - ARAŞDIRMA
06 iyun 2021 09:04 (UTC +04:00)

Spirtli içkini tərgitmək ömrü neçə il uzada bilir? - ARAŞDIRMA

 İsveçin paytaxtı Stokholmdakı Karolinska İnstitutunun alimləri spirtli içkilərdən uzaq olmanın ömrü 28 il uzada biləcəyini deyiblər.

 Lent.az xarici KİV-ə istinadən bildirir ki, 20 il boyu Danimarka, Finlandiya və İsveçdə spirtli içki qəbul edənlərin orta ömür müddətini müşahidə edən alimlər araşdırmaya qatılan adamlar arasında müxtəlif narahatlıq və xəstəlik qaynaqlı ölümlərin xüsusilə spirt istifadə edən qruplarda göründüyünü bildiriblər. Onlar 28 il daha qısa yaşayırmış.

  Həkimlər spirtli içkinin vücuda mənfi təsirləri haqqında ardıcıl olaraq məlumat verirlər. Spirt kiçik dozalarda belə xərçəng, demans və sonsuzluq riskini artırır, bundan başqa, ürək, beyin və qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir.

# 3054
avatar

Oxşar yazılar