Avstriyalı alimlər siqareti tez tərgitməyin yolunu tapıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Avstriyanın İnsbruk Universitetinin mütəxəssislərinin fikrincə, sürətli yerimək siqareti tərgitməyə kömək edəcək.
Bu, siqaretə olan həvəsi azaldır və insanın ümumi rifahını yaxşılaşdırır.
Mütəxəssislər 16 siqaret çəkən insanın iştirak etdiyi eksperimentin nəticələrini təhlil ediblər. Onlardan bəziləri açıq havada gəzir, bəziləri qapalı qaçış zolağında qaçır, digərləri isə sadəcə on dəqiqə otururdular. Məlum olub ki, təmiz havada gəzintiyə çıxanlar daha az siqaret çəkir.