Terapevt İqor Alentov siqaretdən imtina etməyin asan üsullarını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, siqaret təkrarlanan hərəkətdir.
Onun sözlərinə görə, beyin təkrarı sevir və gücləndirir:
“Bu səbəbdən köhnə vərdişdən qurtulmağı asanlaşdırmaq üçün beyninizə yeni alqoritmlərdən istifadə şansı verməlisiniz. Gündəlik iş rejimibi dəyişdirmək və yeni hobbi ilə məşğul olmağı daha məsləhətlidir. Sevdiklərinizlə, eləcə də artıq pis vərdişdən xilas olmuş və ya siqareti tərgitmiş insanlarla ünsiyyətə daha çox vaxt ayırmaq məsləhətdir. Bu, narahatlığı azaldır”.