Şərabın faydaları haqqında bilmədiyiniz 5 FAKT
14 iyun 2021 03:16 (UTC +04:00)

Şərabın faydaları haqqında bilmədiyiniz 5 FAKT

Şərab aristokratların içkisidir. Ancaq tələsməyin, diqqətlə bu yazını oxuyun, onda biləcəksiniz ki, stress keçirməmək, diabetdən təkrar sığortalanmaq üçün nə qədər şərab içməyin lazım olduğunu biləcəksiniz.

Siz eyni zamanda kosmetoloqun müalicəsini içki ilə müqayisə etməyin mümkün olub-olmadığını da öyrənəcəksiniz.

Lent.az xarici mediaya istinadla bildirir ki, yalnız etibar edilə bilən elm adamlarının gerçək təcrübələrinə inanmaq olar.

 

Şərab stress əleyhinədir

Bəzən ziyafət zamanı zarafat deyirlər ki, şərab effektiv antistress üçün idealdır. Gülmək olmaz, bəli, şərab insan bədəninə depressiya əleyhinə maddə kimi təsir edir. Bunu “Predimed”dən olan tədqiqatçılar da sübut ediblər.

 Yeddi il ərzində müxtəlif növ alkoqol qəbul edən 5500 insanın nəticələri təhlil edilib. Məlum olub ki, həftədə 2-7 qədəh şərab içən insanlar daha az depressiya ilə üzləşir. İçməyənlərdə isə bu göstərici fərqli olub. Lakin şərab almaq üçün mağazaya qaçmağa tələsməyin.

 

Şərab kosmetika vasitəsidir

 Alkoqolun üz dərinizə mənfi təsir etdiyini düşünürsünüz? Bəli, burada həqiqətlər var, amma quru qırmızı şərab "qara siyahı"ya daxil deyil.

Kaliforniya Universitetinin alimləri şərabdakı yüksək miqdarda antioksidanın bakteriyaların artmasına maneə törətdiyini və sızanaq potensialını azaltdığını sübut ediblər (ancaq dərman kimi mövcud deyil).

Antioksidanlar dərini cavanlaşdırır və elastikliyini artırır, cavanlaşma prosesinə də təsiri var, çünki içəndə sürətlənmiş qan dövranı qırışların yaranmasına mane olur.

Şərabdakı antioksidanlar dəriyə müsbət təsir göstərir! Ancaq içdiyiniz zaman ağıllı istifadə etməyi unutmayın və həddən artıq qəbul etməyin.

 

Şərab diabetdən müdafiədir

 Şərab depressiya ilə mübarizə aparmaqla yanaşı, diabetdən də qoruyur. Bu faktı Cənubi Danimarka Universitetindən olan tədqiqatçılar təsdiqləyiblər.

Beş illik tədqiqat zamanı 70551 nəfərin vəziyyəti təhlil edilib. Məlum olub ki, həftədə 4 qədəh şərab içmək kişilərdə diabetin yaranması riskini 27, qadınlar arasında 32 faiz aşağı salır.

Tərkibində böyük miqdarda spirt olan alkoqol isə əksinə, bu xəstəliyə yoluxma riskini artırır. Alimlər istehlak zamanı qədəh sayına diqqət yetirirlər, əgər dozanı artırsanız, müsbət effekt gözləməyin.

 

Ağız boşluğunu dezinfeksiya edən vasitə

Yalnız diş pastasının deyil, şərabın da antiseptik təsiri var. Dərhal klassik ağız boşluğu yaxalama vasitəsini quru-qırmızı şərabla əvəz etməyi düşündünüz?

İspaniyadan olan tədqiqatçılar müəyyən ediblər ki, şərabın tərkibindəki polifenollar ağızdakı zərərli maddələri minimuma endirir.

Yeri gəlmişkən, polifenol adət etdiyimiz məhsullarda (qəhvə, albalı, lobya, yaşıl çay və s.) da mövcud olan təsirlərindən qoruyan bir antioksidandır.

Alimlər ağızdakı müxtəlif polifenolların təsirlərini qırmızı şərab, üzüm toxumu və şərab ekstraktı ilə müqayisə ediblər. Şərabın polifenollarının bakteriyaların böyüməsini dayandıra biləcəyi, ancaq kofein və p-kumarik turşusunun hələ də daha çox təsirə sahib olduğu təsbit edilib.

 

Göz sağlamlığı üçün şərab

Kataraktın yaranmasını minimuma endirmək üçün həftədə beş fincan şərab içmək kifayətdir.

“NHS Fundation Trust” xəstəxanası və “London Kollec” Universitetinin oftalmologiya institutunun tədqiqatçıları bu faktı bölüşürlər. Eyni zamanda sübut ediblər ki, həmin miqdarda şərab içmək kataraktın ortaya çıxması riskini 23 faiz azaldır.

# 10278
avatar

Oxşar yazılar

Növbəti  pandemiyaya   səbəb ola biləcək  virusun adı   AÇIQLANDI

Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI

23 aprel 2024 , 18:04
Xərçəngdən qorunmağın  sadə yolu

Xərçəngdən qorunmağın sadə yolu

23 aprel 2024 , 17:53
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

23 aprel 2024 , 11:25
Bu pis vərdişlər  diş daşının yaranmasına səbəb olur

Bu pis vərdişlər diş daşının yaranmasına səbəb olur

23 aprel 2024 , 10:52
Ömrü uzadan  vərdişlər açıqlandı

Ömrü uzadan vərdişlər açıqlandı

23 aprel 2024 , 10:30
Pendirdən imtina etməyin 4 əsas səbəbi

Pendirdən imtina etməyin 4 əsas səbəbi

23 aprel 2024 , 10:08
Xərçəng riskini  45 faiz azaldan   məhsul 

Xərçəng riskini 45 faiz azaldan məhsul 

23 aprel 2024 , 09:09
Yuxu problemini həll edən meyvə - Ananas

Yuxu problemini həll edən meyvə - Ananas

23 aprel 2024 , 05:07