Dietoloq Kristina Plotnikova səhər yeməyi üçün ideal içkiləri açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dietoloq bildirir ki, günə başlamaq üçün ən uyğun içki yaşıl çaydır.
Onuhn sözlərinə görə, həzm prosesini asanlaşdırmaq üçün acqarına su və ya limonlu su içmək lazımdır:
“Bununla yanaşı günə başlayarkən kefir içmək də faydalıdır. Çünki kefir mərkəzi sinir sistemini sakitləşdirir, tərkibində çoxlu miqdarda vitamin var. Bundan əlavə, tərkibindəki çoxlu lakto- və bifidobakteriyalar sayəsində mədə-bağırsaq traktının işini yaxşılaşdırır”.
Mütəxəssisin həmçinin qeyd edir ki, səhər yeməyində kakaolu süd içmək aclığı mükəmməl şəkildə qarşılayır və orqanizmi tonuslaşdırır:
“Kakaonun tərkibində kofein, amin turşuları, antioksidantlar, üzvi turşular, E, K, B vitaminləri, fosfor, maqnezium, sink, mis, manqan kimi bir çox faydalı maddələr var”.