Səhər  qəhvə içməkdən   imtina edin – SƏBƏB
11 mart 2024 16:17 (UTC +04:00)

Səhər qəhvə içməkdən imtina edin – SƏBƏB

Qəhvə içmək üçün ən yaxşı vaxt oyandıqdan bir neçə saat sonradır.

Lent.az xəbər verir ki, səhər tezdən qəhvə içmək orqanizmə mənfi təsir göstərə bilər. 

Səhər bir fincan qəhvəyə qarşı əsas arqumentlərdən biri kortizol səviyyələrinə təsiridir. Boş bir mədədə erkən qəhvə içmək bu stress hormonunun səviyyəsinin artmasına səbəb ola bilər. Bu da öz növbəsində yorğunluq və narahatlıq hisslərinə gətirib çıxarır. Diyetoloqların sözlərinə görə, qəhvədən zövq almaq üçün ən yaxşı vaxt yuxudan oyandıqdan bir neçə saat sonra, kortizol səviyyəsinin təbii olaraq aşağı düşdüyü vaxtdır.

Nəzərə alınmalı başqa bir amil də qəhvənin həzmə təsiridir. Qəhvənin acılığı mədədə həddindən artıq turşu istehsalını stimullaşdıra bilər. Bu da mədə narahatlığı yaradır.

Mütəxəssislər qəhvənin aromatik dünyasına dalmadan əvvəl səhərinizi bir stəkan su ilə başlamağı məsləhət görür.

Bundan əlavə, kofein sidikqovucu təsirə malikdir, bu da susuzluğa gətirib çıxarır. Buna görə də səhərlər bir fincan qəhvənizdən zövq almazdan əvvəl bədəninizi su ilə nəmləndirmək xüsusilə vacibdir.

Bunlarla yanaşı, kofein tolerantlığına da diqqət yetirməyə dəyər. Daimi qəhvə istehlakı beyninizin kimyasını dəyişdirə bilər. Bu da onun təsirlərinə daha az həssaslaşma deməkdir. Bu, öz növbəsində, eyni oyanıqlığa nail olmaq üçün kofein dozasının artırılmasını tələb edir. 

Erkən qəhvə istehlakının səbəb olduğu kortizol səviyyəsinin pozulması sirkadiyalı ritmə təsir və yuxu problemlərinə səbəb ola bilər. Odur ki, bədəndəki tarazlığı pozmamaq və sağlamlığınızın qeydinə qalmaq üçün qəhvə içmə vaxtına məsuliyyətlə yanaşmaq vacibdir.
 

# 3009
avatar

Sevinc Fərid

Oxşar yazılar