Hər birimiz bəzən səhər tezdən yataqdan qalxmaqda çətinlik çəkirik, lakin bunun qarşısını almağın sadə üsulu var.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, psixoloq Pavel Zıqmantoviç bildirib ki, sadə üsulla səhər oyanmaq daha xoş və rahatdır.
Oun sözlərinə görə, bu metodun mahiyyəti nə etmək istədiyinizi təsəvvür etməkdir:
“Bunun üçün gecələr yatmazdan əvvəl yavaş-yavaş gözlərinizi açdığınızı, yataqdan diqqətlə qalxdığınızı, uzandığınızı, əsnədiyinizi, başmaqlarınızı geyindiyinizi və yataq otağından çıxdığınızı təsəvvür edin. Prosedur hər bir insan üçün fərqli ola bilər, çünki hər kəsin özünəməxsus səhər oyanma ritualı var. Ancaq qeyd etmək lazımdır ki, bu üsul xroniki yuxu çatışmazlığından əziyyət çəkənlər üçün uyğun deyil. Xroniki olaraq yuxusuzsunuzsa, bu üsul nəzərəçarpacaq nəticələr verməyə bilər”.