Şayiələr  TƏSDİQLƏNDİ:   AstraZeneca peyvəndi qan laxtalanmasına səbəb olur
06 aprel 2021 14:28 (UTC +04:00)

Şayiələr TƏSDİQLƏNDİ: AstraZeneca peyvəndi qan laxtalanmasına səbəb olur

Avropa Dərman Agentliyi AstraZeneca peyvəndi ilə qan laxtalanmasının əmələ gəlməsi arasındakı əlaqəni nəhayət təsdiqləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İtaliyanın ANSA nəşri xəbər verib. 

Məlumata görə, bunu Avropa Birliyinin əsas əczaçılıq tənzimləyicisinin peyvənd şöbəsinin müdiri Marko Kavaleri deyib.

"AstraZeneca peyvəndi ilə qeyri-adi qan laxtalanması halları arasında nadir bir əlaqə olduğunu inkar etmək getdikcə daha çətindir", - Kavaleri vurğulayıb. 


Onun sözlərinə görə, hazırda dərmanla tromboz arasındakı əlaqəni tapmaq mümkün olmayıb - tədqiqatçılar onu araşdırmağa davam edirlər. Bu səbəbdən  peyvəndin istifadəsi üçün yaş məhdudiyyətləri tövsiyə edilmir. Bildiyiniz kimi, qan laxtalanması əsasən 55 yaşınadək qadınlarda müşahidə edilib.

"Fikrimcə, indi peyvəndlə əlaqənin açıq olduğunu söyləyə bilərik. Ancaq bu reaksiyanın səbəbi nədir, hələ də bilmirik”, tənzimləyicinin nümayəndəsi izah edib.

O, agentliyin yaxın zamanda AstraZeneca peyvəndi ilə tromboz arasındakı əlaqəni rəsmi olaraq elan edəcəyini söyləyib.

Buna baxmayaraq, Marko Kavaleriyə görə, bu dərmanı istifadə etməyin faydaları potensial risklərdən çoxdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6303
avatar

Oxşar yazılar