Alimlər qocalma prosesini yavaşlatmağın yolunu tapıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Kembric Universitetinin alimlərinin fikrincə, uzunömürlülüyün açarı DNT-nin zədələnməsini bərpa etmək bacarığındadır.
Bu prosesləri hədəf alan müalicələr qocalmanı ləngidə və hətta insan orqanizmindəki hüceyrələri daha gənc vəziyyətə qaytararaq yaşa bağlı dəyişikliklərin qarşısını ala bilər.
Xərçəngə qarşı möhtəşəm müqaviməti ilə tanınan fil və balinaların genetik quruluşu, həmçinin DNT zədəsini bərpa etmək üçün unikal mexanizmləri tədqiqatın əsasını təşkil edib.