Qəhvə  yuxusuzluğa   necə təsir edir? -  AÇIQLAMA
18 mart 2024 18:30 (UTC +04:00)

Qəhvə yuxusuzluğa necə təsir edir? - AÇIQLAMA

Miçiqan Universitetindən psixoloq Kimberdi Fenn qəhvənin əhval-ruhiyyəyə və yuxu çatışmazlığı zamanı diqqəti saxlamaq qabiliyyətinə necə təsir etdiyini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, yuxusuzluğun müxtəlif düşüncə növlərinə təsirləri qarışıq ola bilər. 

Alimlər yuxusuzluğun diqqətin azalmasına səbəb ola biləcəyini qeyd ediblər. Beləliklə, kofeinin diqqəti bərpa etməyə və yuxusuzluqdan sonra səhvlərin qarşısını almağa kömək edə biləcəyini öyrənmək üçün bir təcrübə aparılıb.

Tədqiqatın nəticələri göstərib ki, kofein yuxudan məhrum olan iştirakçıların diqqətini əhəmiyyətli dərəcədə artıraraq, onların məhsuldarlığını kifayət qədər yatanların səviyyəsinə qaytarır. Kofein gecə boyu yatan insanların məhsuldarlığını da artırır. Beləliklə, kofein təkcə bütün gecəni oyaq olanlara deyil, hər kəsin ayıq qalmasına kömək edir.

# 2034
avatar

Arzu Qurbanlı

Oxşar yazılar