Gündəlik qəhvə içmək vərdişi insanı daha aktiv və sağlam edə bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, gündəlik qəhvə vərdişi toxluq hissini təşviq edir, bu, həddindən artıq yeməkdən və ya qeyri-sağlam qəlyanaltılardan qaçmağa kömək edə bilər.
Qəhvə enerjinizi və maddələr mübadiləsini sürətləndirə bilən kofein ehtiva edir. Qara qəhvə çox aşağı kalorili bir içkidir, bir fincanda beş kaloridən azdır.
İstənilən halda qəhvənin əsəbilik yaratmaması və yuxuya təsir etməməsi üçün həddindən artıq istifadə etməyə ehtiyac yoxdur. Qəhvənin su olmadığını, ona görə də kifayət qədər su içməyi unutmayın. Bu, çəki itirmək üçün xüsusilə vacibdir.