Qəhvə hansı xəstəliklərin yaranmasına mane olur?
19 yanvar 2024 10:17 (UTC +04:00)

Qəhvə hansı xəstəliklərin yaranmasına mane olur?

Araşdırmalara görə, qəhvə neyrodegenerativ beyin xəstəlikləri riskini azaldır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, müntəzəm qəhvə istehlakı Alzheimer və Parkinson kimi neyrodegenerativ beyin xəstəliklərinin inkişaf riskinin potensial olaraq azaldır.

Müntəzəm qəhvə istehlakı insanın sinir sistemini qoruyur və bu içkinin tərkibindəki aktiv maddələr motor funksiyasını yaxşılaşdıra və titrəmələri idarə etməyə kömək edir.

Qəhvə profilaktik təsirə malikdir və müalicə üçün istifadə edilə bilər. Müntəzəm qəhvə istehlakı Parkinson xəstəliyinin inkişaf riskini 29% və Alzheimer xəstəliyinin inkişaf riskini 65% azalda bilər. Bununla belə, qəhvə həddindən artıq istehlak edildikdə hətta sağlam qidaların da zərərli ola biləcəyinə işarə edir. Gündə bir və ya iki fincandan çox olmayan keyfiyyətli qəhvə içmək məsləhət görülür. 

Qeyd edək ki, səhərlər acqarına qəhvə içməkdən çəkinmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3066
avatar

Arzu Qurbanlı

Oxşar yazılar