Qaynadılmış suda olan təhlükə: XƏRÇƏNG YARADIRMIŞ...
28 iyul 2021 01:28 (UTC +04:00)

Qaynadılmış suda olan təhlükə: XƏRÇƏNG YARADIRMIŞ...

Rusiyalı həkimlər qaynadılmış su içməyin zərərləri barədə xəbərdar edib

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, mayenin tərkibindəki xlor qızdırıldıqda, xərçəngin inkişafına kömək edən zəhərli maddələr əmələ gətirir.

Qeyd edilib ki, içindəki duzların çökməsi səbəbindən qaynadılmış mayenin zərərli olduğu ortaya çıxıb:

“Digər tərəfdən qaynadılmış suda ola biləcək xlor çox aqressiv zəhərli birləşmələr əmələ gətirir ki, bunlar da öz növbəsində onkoloji şişlərə səbəb olur. Həmçinin, su qaynadıldıqdan sonra tərkibindəki faydalı bakteriyaları itirir, buna görə də orqanizm lazımi mineralla təmin edilmir”.

Bununla bərabər həkimlər şüşə qablarda olan sulara üstünlük verilməsini, eyni zamanda içkinin əldə edildiyi mənbələrə xüsusi diqqət yetirilməsini tövsiyə edirlər.

 

Qeyd edək ki, elm adamları əvvəllər də qaynadılmış suyun təhlükəsi barədə dəfələrlə danışıblar. Sözügedən prosedurdan sonra yeni kimyəvi maddələr yaranır, maye bədən üçün çox təhlükəli hesab edilən nitratlar, floridlər və arseniklə zənginləşir.

Bu arada rus diyetoloq Svetlana Kaşitskaya yemək yeyərkən su içməyin təhlükəli olub-olmadığına aydınlıq gətirib. Mütəxəssisin fikrincə, maye qidanın yumşalmasını təmin edir və yeməyi daha asan həzm edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4779
avatar

Oxşar yazılar