Qasırğa  XƏBƏRDARLIĞI:   İlin ilk və ən güclüsü olacaq
13 yanvar 2022 10:04 (UTC +04:00)

Qasırğa XƏBƏRDARLIĞI: İlin ilk və ən güclüsü olacaq

Yanvarın 16-da baş verəcək maqnit qasırğası bir sıra geomaqnit qasırğalarının ilk və ən güclüsüdür.

Günəşin mənfi təsirlərinə hazırlaşmaq və müəyyən dərəcədə qorunmaq üçün meteohəssas insanların bir ay ərzində maqnit qasırğaları ilə bağlı vəziyyəti əvvəlcədən bilmələri faydalıdır. Çünki maqnit qasırğaları dövründə insanın əhvalının pisləşməsi mümkündür.

Lent.az xarici mediaya istinadla bildirir ki, 2022-ci ilin yanvar ayının başlanğıcı geomaqnit mühitdə sakitliyi ilə seçilib və Yeni ili problemsiz və başağrısı olmadan qarşılamağa imkan verib. Ancaq ayın ortalarından başlayaraq Günəş daha aktiv olmağa və yer kürəsini ciddi təşvişə salmaqda ciddidir.

Yanvar ayının ikinci hissəsi uzunmüddətli geomaqnit dalğalanmaları ilə zəngin olacaq. Qasırğa demək olar ki, ayın bütün üçüncü ongünlüyünü əhatə edəcək.

Ən güclü maqnit qasırğası isə Yer kürəsini yanvarın 15-dən 17-dək vuracaq. Onun zirvəsi 16-na düşəcək və G2 səviyyəsinə çatacaq.

2022-ci ilin yanvar ayı üçün maqnit qasırğası proqnozu

• Cüzi maqnit qasırğaları gözlənilən günlər: 18, 23, 24, 25, 26, 28, 29, 30.

• Yanvarın 15, 16 və 17-də güclü maqnit qasırğasının baş verəcəyi gözlənilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3723
avatar

Oxşar yazılar