Qarın yağının  əriməsini sürətləndirən   üç qida
21 iyun 2023 18:08 (UTC +04:00)

Qarın yağının əriməsini sürətləndirən üç qida

Mütəxəssislər qarın yağını sürətli şəkildə əridən 3 qidanın adını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, daha sürətli arıqlamaq üçün mütəxəssislər qida rasionunuza mümkün qədər tez-tez alma əlavə etməyi məsləhət görürlər. Alma vitaminlər və antioksidantlarla zəngindir. 

Banan arıqlamaq üçün zərərli hesab olunur. Çünki banan həqiqətən bir çox digər meyvələrdən daha çox kalorilidir, amma çox faydalıdırlar. Banan kalium, kalsium, maqnezium və digər qida maddələrinin mənbəyidir. Tez doyurur və bütün bədən sistemlərinin fəaliyyətini yaxşılaşdırır. 

Arıqlamaq üçün ən faydalı məhsullar sırasına sitrus meyvələri də daxildir. Portağal, naringi, qreypfrut və limon C vitamini ilə zəngindir. Bu da insulin səviyyəsini aşağı salır və orqanizmin piylərin daha tez sorulmasına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2324

Oxşar yazılar