Həkim Erik Berq qarın yağından qurtulmağın sürətli yolunu açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, beş sadə addım tez bir zamanda yağ itirməyə və forma almağa kömək edəcək.
Onun sözlərinə görə, problemə inteqrasiya olunmuş yanaşma və uğur üçün düşüncə tərzi əsasdır:
“Arıqlamağı sürətləndirmək və digər müsbət sağlamlıq nəticələrinə nail olmaq üçün yağlı qidalar əvəzinə proteinə diqqət yetirmək daha vacibdir. Qarğıdalı, soya, pambıq toxumu, kolza, zəfəran və günəbaxan yağlarında olan omeqa-6 yağ turşuları kimi bəzi yağlardan çəkinmək lazımdır.
Bu iltihablı yağları istehlak etmək, hətta şəkərin təsirini də keçərək, lazımsız çəki artımına kömək edə bilər. Məhz bu səbəbdən gündəlik qida rasionuna kalium, maqnezium, fol turşusu, C vitamini və fitonutrientlərlə zəngin yeməkləri daxil etmək daha məsləhətlidir. Bu addım qarın piylərindən qurtulmanıza kömək edəcək”.