Qaraciyəri  təmizləyən   içki - Evdə  hazırlayın
06 fevral 2024 18:00 (UTC +04:00)

Qaraciyəri təmizləyən içki - Evdə hazırlayın

Qaraciyər bədəni təmizləmək, ondan toksinləri və digər zərərli maddələri çıxarmaqdan məsul olan əsas orqandır. Bununla belə, zaman-zaman bu orqan da “təmizlənməyə” ehtiyac duyur. Hər kəs evdə qaraciyər hüceyrələrini bərpa edəcək və onu toksinlərdən təmizləməyə kömək edəcək içki hazırlaya bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu içki həm də arıqlamağı sürətləndirir və qarın piylərindən qurtulmağa kömək edir.

İçkini hazırlamaq üçün sizə lazımdır: 3 limon, 1 stəkan doğranmış cəfəri, 5 kərəviz, 6 stəkan su.

Blenderdə limon suyu, cəfəri və kərəvizi qarışdırın. Su əlavə edin və hər şeyi yaxşıca qarışdırın. İçkinin bir gecə və ya gündüz dəmlənməsinə icazə verin. Üç gün ardıcıl olaraq gündə üç dəfə içə bilərsiniz. 14 gün fasilə verdikdən sonra yenidən içə bilərsiniz.  

Detoks içkisi içdiyiniz günlərdə yağlı, qızardılmış, hisə verilmiş qidalardan imtina edib, bitki qidalarına, ilk növbədə tərəvəz, göyərti və giləmeyvələrə üstünlük vermək daha yaxşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 45747
avatar

Arzu Qurbanlı

Oxşar yazılar