Qan təzyiqini tez aşağı salmağın  SADƏ ÜSUL
05 fevral 2024 14:39 (UTC +04:00)

Qan təzyiqini tez aşağı salmağın SADƏ ÜSUL

Alimlər qan təzyiqini tez bir zamanda azaltmağın yollarını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, sadə idman qan təzyiqini aşağı salmaqda çox təsirlidir. 

Elmi araşdırmalar göstərir ki, divar məşqləri kimi statik məşq qan təzyiqini aşağı salmaqda digər fiziki fəaliyyət formalarına, o cümlədən aerobika, güc təlimi və yüksək intensivlikli interval məşqlərinə nisbətən daha təsirli ola bilər.

Bu məşqi müntəzəm olaraq yerinə yetirmək sistolik qan təzyiqini (üst göstərici) orta hesabla 10 mm Hg əhəmiyyətli dərəcədə azalda bilər. 

Alimlər izah edirlər ki, məşq zamanı əzələlərin yığılması müəyyən nahiyələrə qan axınının müvəqqəti azalmasına səbəb olur. Məşq başa çatdıqdan sonra qan axını artır və bu, qan damarlarını rahatlaşdıran siqnalları işə salır. Nəticədə qan təzyiqinin aşağı düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7485
avatar

Arzu Qurbanlı

Oxşar yazılar