Psixoloji müdafiə mənəvi cəhətdən dəymiş zərəri minimuma endirməyə çalışan şüur mexanizmidir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu mexanizm şiddətli stressin nəticələrinin öhdəsindən gəlmək lazım olduqda aktivləşir.
Çox vaxt psixoloji müdafiələr insanın ümidsizliyə və ya depressiyaya düşməsinin qarşısını almaq üçün şüursuz şəkildə işə salınır.
Xatırlamamaq
Şüuraltı hadisəni sanki yaddaşdan silir.
İnkar
İnsan məlumatı qəbul etməkdən imtina edir.
Proyeksiya
Hisslərin və duyğuların kənardan bir obyektə ötürülməsi.
Əvəzetmə
Ehtiyacları və hissləri başqa biri və ya başqa bir şeylə əvəzləmək.
Rasionallaşdırma
İnsan xoşagəlməz düşüncələrdən qurtulmaq üçün öz hərəkətlərinin izahını axtarır.
İzahat
Baş verənlərə mənəvi baxımdan izahat verilir.