"Pfizer" "Omicron"a qarşı effektli peyvənd hazırlayacaq -  TARİX AÇIQLANDI
10 yanvar 2022 18:32 (UTC +04:00)

"Pfizer" "Omicron"a qarşı effektli peyvənd hazırlayacaq - TARİX AÇIQLANDI

COVID-19-un "Omicron" ştammına qarşı effektiv peyvənd martda hazır olacaq.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bunu "Pfizer"in icraçı direktoru Albert Bourla deyib.

Onun sözlərinə görə, şirkət artıq ilkin dozaların istehsalına başlayıb.

Albert Bourla peyvəndin COVID-19-un digər variantlarını da hədəf alacağını deyib. O, "Omicron" peyvəndinə ehtiyac olub-olmamasının və ya necə istifadə ediləcəyinin hələ də bəlli olmadığını, lakin bəlli dozaların hazır olacağını bildirib.

İcraçı direktor qeyd edib ki, peyvəndin mümkün qədər tez hazırlanmasını istəyən hökumətlər var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar