Peyvənd vurulan yeniyetmə  yuxuda öldü
03 iyul 2021 18:05 (UTC +04:00)

Peyvənd vurulan yeniyetmə yuxuda öldü

ABŞ-ın Miçiqan ştatından olan 13 yaşlı yeniyetmə Ceykob Klinik koronavirusa qarşı Pfizer peyvəndinin ikinci dozası vurulandan bir neçə gün sonra yuxuda ölüb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi hazırda yeniyetmənin ölüm səbəbini araşdırır. 

Məlumata görə, yeniyetməyə ikinci doza iyunun 13-də vurulub və iki gün sonra yuxuda ölüb. Xalasının sözlərinə görə, ikinci doza peyvənd vurulandan sonra bacısı oğlunda peyvənd sonrası yorğunluq, qızdırma və qarın ağrısı kimi ümumi əlamətlər inkişaf edib, ancaq əlamətlərnarahatlığa səbəb olacaq qədər şiddətli olmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3159
avatar

Oxşar yazılar