Peyvənd vurdurmayanda COVID-19-dan  ölüm riski   nə qədərdir?
12 sentyabr 2021 19:45 (UTC +04:00)

Peyvənd vurdurmayanda COVID-19-dan ölüm riski nə qədərdir?

Amerikalı elm adamları, koronavirus əleyhinə peyvənd edilməyən insanların, peyvənd edilənlərə nisbətən 11 dəfə daha çox yoluxduqlarını təsbit ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, mütəxəssislər peyvənd olmadıqda COVID-19-dan ölüm riskini hesablayıblar.

Elm adamları, 13 yurisdiksiyada 600 mindən çox insan üzərində araşdırma aparıblar ki, bu da koronavirusdan peyvənd edilməmiş vətəndaşların 10 dəfə çox xəstəxanaya yerləşdirildiyini göstərib.

Peyvənd edilməmiş insanların COVID-19-a yoluxma ehtimalının, tam peyvənd edilənlərə nisbətən 4,5 qat daha çox olduğu da məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3654
avatar

Oxşar yazılar