Mütəxəssislər orqanizm üçün ən əzrərli yağın adını açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, insanların əksəriyyəti günəbaxan yağından istifadə etməyi üstün tutur. Lakin bu yağ yüksək temperaturda emal üçün yaxşı seçim deyil.
Mütəxəssislər təhlükəli xəstəliklərin inkişaf riskini artıran, orqanizmdə fiziki və idrak dəyişikliklərinə səbəb olan zərərli maddələri buraxa biləcəyi üçün balqabaq, qarğıdalı, badam, yerfıstığı, xardal, çətənə, küncüt, kətan toxumu, kolza, qoz yağı və üzüm toxumu kimi yağlardan uzaq durmağı tövsiyə edirlər.
Sağlamlıq üçün tövsiyə olunan yağ növləri zeytun və avokado yağlarıdır. Zeytun yağı yüksək temperaturlara davamlıdır. Avokado yağı çoxlu miqdarda doymamış yağ turşularını ehtiva edir.