Bir çox insan mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir.
Lent.az xəbər verir ki, mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yabanı nanəni məsləhət görürlər.
İlk növbədə nanə mədədə yaranan qazın aradan qaldırılmasında və iştahanın açılmasında effektiv rol oynayır. Nanə keçmiş dövrlərdə də mədə ağrılarına qarşı dərman kimi istifadə edilib. Hətta bir çox dərman dükanlarında xüsusilə mədə müalicəsi üçün satılıb.
Nanənin tərkibində uçucu yağ, tanen və acı maddə var. Bu bitkinin tərkibində olan faktorlar mədə problemi yaşayanlar üçün olduqca təsirlidir. Bununla yanaşı, nanənin kişilərdə güc artırma, ürək gücləndirmə, bədəndəki spazm ağrıları və ruhi-əsəbi narahatlıqlarını aradan qaldırmaq kimi faydaları da var.
Təbii dərman olan nanənin istifadə qaydası:
1-2 çay qaşığı qurudulmuş çöl nanəsi yarpağı üzərinə 1 stəkan qaynar su tökülür. 10-15 dəqiqə dəmlənməyə qoyulur. Çay gündə üç dəfə içilə bilər. Çox içmək məsləhət deyil, çünki başgicəllənməyə səbəb olar. Böyrək problemi olanlar da nanədən uzaq durmalıdırlar.

Nanənin hansı növü daha faydalıdır? - Mütəxəssisdən CAVAB
Oxşar yazılar

Peroksidlə diş ağartmaq olarmı? - Mütəxəssisdən CAVAB
27 avqust 2025 , 09:39
Ən pis həftəsonu vərdişi: Xərçəng riskini artırır
26 avqust 2025 , 15:53
Bu balıqları ayda 3 dəfə yesəniz xərçəng sizə yaxın durmayacaq
26 avqust 2025 , 15:10
Beyin qorxulu xatirələrlə necə mübarizə aparır?
26 avqust 2025 , 03:31Can dərmanı deyib yediyimiz 4 qida təhlükə saçır - DİQQƏT
25 avqust 2025 , 17:51
Hər gün şokolad yesək nə olar? - Təzyiqə təsiri
25 avqust 2025 , 14:28
Gündüz yuxululuğu ilə əlaqəli yeni qan molekulları aşkarlandı
24 avqust 2025 , 07:34