Körpəsində qaz, köp olan anaların DİQQƏTİNƏ!
22 avqust 2023 12:15 (UTC +04:00)

Körpəsində qaz, köp olan anaların DİQQƏTİNƏ!

  Ana südü ilə qidalanan körpələrdə həssaslıq və qaz problemi. Körpələr adətən süd məhsulları, brokoli, kələm, banan, yumurta və ya sarımsaq kimi qidaları yedikdən sonra 24 saat boyu qazlı və narahat olurlar. Buna görə körpəsini əmizdirən analar bu müddət ərzində bu kimi qidalardan uzaq durmalıdır.

Lent.az TRT-yə istinadən xəbər verir ki, bunu doktor Mehmet Uçar söyləyib.

  Körpələrdə daha çox qaz olması normaldır, çünki çox hava udurlar.

  Əgər ana südü ilə qidalanan körpə qazdan narahat görünmürsə, yeməyi tənzimləməyə ehtiyac yoxdur. Ümumiyyətlə, süd verən analar heç bir problem olmadan müxtəlif yeməklər yeyə bilərlər. Ana südü ilə qidalandırarkən civəli balıq, bəzi göy-göyərti, süd məhsulları, kofein və şokolad məhdudlaşdırılmalıdır.

  Əmizdirən bir ananın qazlı körpəyə görə pəhrizi. Körpə üçün xüsusilə inək südü allergiyası nəzərə alınmalıdır. Uşaq ancaq inək südü ilə qidalanırsa və buna allergiyası varsa, mütləq amin turşusu əsaslı peptid qarışıqları olan başqa qidalara keçilməlidir. Qeyd etmək lazımdır ki, formula qidaları da inək südü zülalına əsaslanır.

  Ağrılı qazı olan körpəyə görə ana ən azı bir-iki həftəlik bəzi məhsulları yemək menyusundan çıxarsa, yaxşı olar.

Əlavə kiçik qəlyanaltılarla birgə gündə ən azı 3 dəfə və hər gün eyni vaxtda yemək.
Tərkibində kofein olan qida və içkiləri məhdudlaşdırmaq. Nümunələrə şokolad, qəhvə, çay və qazlı içkilər daxildir.
Hər gün bol su içmək. Susuzsunuzsa, demək kifayət qədər içməmisiniz.
Süni dadlandırıcılar və qidaları azaltmaq, ən yaxşısı, heç istifadə etməmək.
Hamiləlik dövründə çəki artmışsa, onu yavaş-yavaş azaltmaq.
  Həm süd verən anada, həm də körpədə qaz problemi yaradan qidalar bunlardır.

Liflilərdən kəpək, lobya və tam taxıl məhsulları,
meyvələrdən sitrus, banan, alma, şaftalı, armud, gavalı, ərik və qurudulmuş olanları,
tərəvəzlərdən brokoli, gül kələm, kələm və Brüssel kələmi.
sarımsaq və ədviyyatlı qidalar,
makaron yeməkləri,
sarımsaqlı qidalar,
süd və məhsullarından süd, pendir, qatıq, pudinq, dondurma, kazein, zərdab və ya natrium kazeinat olan hər hansı yeyəcək,
qazlı içkilər,
yumurta, buğda, fıstıq, soya, balıq və qoz-fındıq da daxil olmaqla digər potensial allergen qidalar qaz və digər simptomlara səbəb ola bilər.
  Eliminasiya pəhrizini yoxlamaq lazımdır. Bununçün diaqnozu ananın reaksiyası ilə sınaqdan keçirmək və pəhrizdə bəzi şübhəli qidaları tədricən məhdudlaşdırmaq lazım gələcək. Müalicə ananın pəhrizindən bəzi qida maddələrinin çıxarılmasıdır.

  Pəhriz və körpənin qaz problemi haqqında qeydlər aparın. Sonra nə baş verdiyini görmək üçün iki-üç həftə ərzində hər dəfə bir potensial problemli qidanı aradan qaldırın. Körpəniz həmin qidaya həssasdırsa, bir həftə ərzində yaxşılaşma görməlisiniz. Bir həftə sonra körpənizin necə reaksiya verdiyini görmək üçün həmin yeməyi yenidən sınayın. Bunu da yadda saxlayın ki, qida allergiyası olan körpələrin simptomlarının yox olması üçün ən azı bir aya ehtiyac var.

  Ana südü ilə qidalanan körpələrin 2-3 faizində ana südünə, əsasən isə inək südünə allergiyaları olur. Mümkündür ki, süd verən ananın pəhrizində olan yumurta, buğda, balıq, yerfıstığı və digər qoz-fındıq kimi digər alerjenik qidalar körpələrdə allergik reaksiyaya səbəb olur, lakin buna dair də əsaslı sübutlar yoxdur.

  Qida allergiyası olan körpələr tez-tez yeməkdən sonra bir neçə saat ərzində təkcə qaz deyil, həm də şiddətli kolik, dəri səpgiləri, qusma, ishal və nəfəs darlığı halları yaşayırlar. Körpənizdə bu simptomlardan hər hansı birini görsəniz, dərhal həkimə müraciət edin, çünki ağır qida allergiyası uşağın həyatı üçün təhlükə yarada bilər.

• Nadir hallarda ana südü ilə bəslənən körpədə ananın yediyi qidalara qarşı allergiya olur. Simptomları yaşıl, selik kimi və qan ləkəli nəcisdir.

• Allergiyaya ən çox səbəb olan qidalar süd məhsulları, buğda və yumurtalardır. Balıq, qoz-fındıq, fıstıq və ya qarğıdalıya qarşı allergiya nadirən olur. Ümumiyyətlə, körpənin yediyi hər hansı qidaya qarşı allergiyası ola bilər.

• Körpəniz kökəlirsə və qan azlığı problemi yoxdursa, allergiya uzun müddətli problemlər yaratmaz. Bütün hallarda ana südü ilə qidalandırmağı dayandırmaq olmaz.

• Bütün qida etiketlərini diqqətlə oxuyaraq şübhəli qidaları pəhrizinizdən çıxarmaq problemi həll etməlidir, amma körpədə simptomlarının keçməsi 4-6 həftə çəkə bilər. Qida allergiyası ilə bağlı təcrübəli həkim və ya diyetoloqla görüşmək də pəhrizin düzgün planlaşdırılmasına köməyi dəyər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23604
avatar

Oxşar yazılar