İmişlidə kanalda batanın meyiti tapıldı - YENİLƏNİB
22 avqust 2025 19:56 (UTC +04:00)

İmişlidə kanalda batanın meyiti tapıldı - YENİLƏNİB

İmişlidə kanalda batan şəxsin meyiti tapılıb.

Lent.az xəbər verir ki, bir neçə gün əvvəl Baş Muğan kanalında batan Nurəddin Məmmədovun meyiti bu gün FHN xilasedicilərinin axtarışları nəticəsində Qulubəyli kəndi ərazisində tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

***
14:45

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonunun Göhərli kəndi yaxınlığında Baş Muğan kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898

Oxşar yazılar