86 yaşlı ərini döyüb öldürən  66 yaşlı qadın sərhəddə   saxlanıldı
19 sentyabr 2026 19:44 (UTC +04:00)

86 yaşlı ərini döyüb öldürən 66 yaşlı qadın sərhəddə saxlanıldı

0

Türkiyənin Ədirnə şəhərinin Keşan rayonunda yaşayan təqaüdçü Mehmet Emin Keskindir avqustun 21-i axşam saatlarında Aşağı Zaferiye məhəlləsindəki evində yatağının yanında ölü tapılıb.

Lent.az yerli mediaya isitnadla bildirir ki, polis ilkin araşdırma zamanı ölüm halını şübhəli hesab edib və Keskindirin həyat yoldaşı M.K.-nın ifadəsini alıb.

M.K.-nın ziddiyyətli ifadələr verməsi və meyitin yarılması zamanı kişinin bədənində döyülmə izlərinin aşkarlanması səbəbindən polis hadisəni “həyat yoldaşını qəsdən öldürmə” kimi qiymətləndirib.

Texniki izləməyə götürülən M.K. bir müddət sonra mobil telefonunu söndürüb. Polis onun qaçmağa çalışa biləcəyindən şübhələnərək axtarış tədbirlərini gücləndirib.

Nəticədə qadın İpsala rayonunda, Yunanıstan sərhədinə yaxın Yenikarpuzlu kəndində saxlanılıb.

M.K. xəstəxanada tibbi müayinədən keçirildikdən sonra istintaqın davam etdirilməsi üçün Keşana aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar