Küçədə çılpaq gəzən  reper saxlanıldı - VİDEO
22 avqust 2025 13:18 (UTC +04:00)

Küçədə çılpaq gəzən reper saxlanıldı - VİDEO

ABŞ-ın Los-Anceles şəhər polisi məşhur reper və “Qremmi” mükafatı laureatı Lil Nas X-i cümə axşamına keçən gecə saxlayıb. Səbəb onun küçədə demək olar ki, tamamilə çılpaq halda olmasıdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, polis yerli vaxtla saat 05:30-da Ventura bulvarına çağırılıb. Hadisə yerinə gələn zaman Lil Nas X polis əməkdaşlarına qarşı aqressiv davranıb. O, hücumda şübhəli bilinərək həbs olunub. Bu barədə Los-Anceles polisinin nümayəndəsi məlumat verib.

Saxlanıldıqdan sonra reper xəstəxanaya aparılıb. Onun narkotikdən həddən artıq istifadə etməsi ilə bağlı şübhələr var. Yayılan videoda Lil Nas X-in gecə vaxtı küçədə yalnız ağ alt paltarı və özünəməxsus kovboy çəkmələrində gəzdiyi görünür. O, yoldan keçənləri “partiyaya gəlməyə” dəvət edib və hava öpüşləri göndərib.

Məlumdur ki, sənətçi bu ilin sonuna qədər pərəstişkarlarının gözlədiyi “Dreamboy” adlı ikinci albomunu çıxarmağa hazırlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar