Yüksək təzyiqin qarşısını bu cür almaq olar
20 avqust 2025 13:04 (UTC +04:00)

Yüksək təzyiqin qarşısını bu cür almaq olar

Amerika Ürək Assosiasiyası və Amerika Kardiologiya Kolleci yüksək arterial təzyiqin (hipertoniya) qarşısını almaq üçün yeni tövsiyələr dərc edib.

Lent.az xarici mediaya istinadən bu barədə xəbər verir.

Əsas məqamlar

Normal təzyiq – 120/80 mm c. s.-dən aşağı,

Yüksəlmiş təzyiq – 120–129/80 mm c. s.,

Hipertoniya – 130/80 mm c. s. və yuxarı.

Yeni qaydalara görə, təzyiqi 130/80 mm c. s.-dən yuxarı olan şəxslərə ilk növbədə həyat tərzini dəyişmək tövsiyə olunur. Əgər 3–6 ay ərzində bu dəyişikliklər nəticə verməzsə, dərman müalicəsinə başlanmalıdır.

Alkoqol qadağası

Əvvəlki tövsiyələrdə qadınlara gündə 1, kişilərə isə 2 içki icazə verilirdisə, yeni qaydalara görə alqoldan tamamilə imtina etmək lazımdır. Komitə rəhbəri Daniel Cons bildirib ki, alkoqolun arterial təzyiqi yüksəltdiyini sübut edən kifayət qədər elmi faktlar var.

Digər tövsiyələr

Kardioloqların sözlərinə görə, hipertoniya riskini azaltmaq üçün:

Sağlam çəki saxlamaq, DASH pəhrizinə əməl etmək (meyvə, tərəvəz, balıq, toyuq, paxlalılar, qoz-fındıq və bitki yağları),duz və şəkəri azaltmaq, tropik yağlardan (kokos, palma yağı) uzaq durmaq, müntəzəm fiziki aktivlik etmək, stressdən yayınmaq lazımdır.

Xüsusi diqqət hamilələrə

Həkimlər həm hamilə qadınlara, həm də hamiləliyə hazırlaşanlara təzyiqə xüsusi diqqət etməyi tövsiyə edirlər. Yüksək təzyiq həm hamiləliyə zərər verə, həm də uzunmüddətli dövrdə hipertoniya riskini artıra bilər.

Kontekst

Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk yerdədir. Mütəxəssislər hesab edir ki, arterial təzyiqin vaxtında nəzarətdə saxlanması həm ölümlərin, həm də böyrək xəstəlikləri, 2-ci tip şəkərli diabet və demensiya kimi ağır xəstəliklərin qarşısını almağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar