Qadın futbolu tarixində ən bahalı  TRANSFER
22 avqust 2025 19:09 (UTC +04:00)

Qadın futbolu tarixində ən bahalı TRANSFER

Meksika yığmasının 25 yaşlı futbolçusu Lizbet Jaklin Ovalye artıq ABŞ-ın Qadınlar Milli Futbol Liqasında (NWSL) çıxış edəcək.

Lent.az xəbər verir ki, onu Meksikanın “Tigres” klubundan ABŞ-ın “Orlando Pride” klubuna rekord məbləğə, 1,5 milyon dollara transfer ediblər.

Meksikalı futbolçu ilə müqavilə yaxın iki mövsüm üçün bağlanıb və daha bir il uzadılma imkanı nəzərdə tutulub.

Ovalye dünya qadın futbolunda transfer rekordunu yeniləyib. Əvvəllər bu göstərici Avropanın ən güclü klublarından biri – London “Arsenal”ına məxsus idi. Klub kanadalı hücumçu Oliviya Smiti “Liverpul”dan 1,34 milyon dollara transfer etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242

Oxşar yazılar