Kolumbiyada TERROR:  12 polis zabiti öldü
22 avqust 2025 13:04 (UTC +04:00)

Kolumbiyada TERROR: 12 polis zabiti öldü

Kolumbiyada iki terror aktı nəticəsində ölənlərin sayı 18-ə yüksəlib. Antioqiya departamentində 12 nəfər, Santyaqo-de-Kali şəhərində isə 6 nəfər həlak olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, daha 65 nəfər xəsarət alıb. Aviabaza yaxınlığında baş verən terror cümə axşamı törədilib. Terrorçular bunun üçün minalanmış yük maşınından istifadə ediblər.

Əvvəlcə beş nəfərin öldüyü və 36 nəfərin yaralandığı barədə məlumat verilib.

Antioqiya şəhərində isə üsyançılar polis helikopterini vurublar. Milli Polisdən verilən məlumata görə, aviaqəza nəticəsində 12 zabit həlak olub, daha dörd nəfər isə xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar