“Çelsi”nin müdafiəçisi bu kluba keçdi
22 avqust 2025 18:11 (UTC +04:00)

“Çelsi”nin müdafiəçisi bu kluba keçdi

“Çelsi”nin müdafiəçisi Renatu Veyqa “Vilyarreal”la müqavilə imzalayıb.

Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

22 yaşlı portuqaliyalı futbolçu ilə anlaşma 2032-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalı transferin dəyərini 24,5 milyon avro olaraq qiymətləndirir.

2024/25 mövsümünün ikinci yarısını Veyqa icarə əsasında “Yuventus”da keçirib. Onun aktivində bütün turnirlərdə 33 oyun var. O, həmin oyunlarda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258

Oxşar yazılar