Batareyanı öldürən səhv:  Əksər insanlar telefonlarını bu cür doldururlar
22 avqust 2025 17:56 (UTC +04:00)

Batareyanı öldürən səhv: Əksər insanlar telefonlarını bu cür doldururlar

Mütəxəssislər xəbərdarlıq edirlər ki, smartfonları tam olaraq 100 faizədək şarj etmək düzgün deyil. Onların sözlərinə görə, bu vərdiş batareyanın ömrünü xeyli azaldır.

Lent.az xarici mediaya xəbər verir ki, texniki kontent direktoru Mark Patrikin açıqlamasına əsasən, əksər telefon batareyaları 500–800 tam şarj dövrünə tab gətirə bilir. Əgər cihaz hər gün tam doldurularsa, bu resurs iki ildən az müddətdə tükənir.

Ekspertlər bildirirlər ki, batareyanın ömrünü uzatmaq üçün bir neçə sadə qaydaya əməl etmək kifayətdir. İlk növbədə, “qızıl diapazon” adlanan qaydaya diqqət yetirmək lazımdır. Telefonu yalnız 80 faizədək şarj etmək və onun 20 faizdən aşağı düşməsinə yol verməmək tövsiyə olunur.

Bundan başqa, mütəxəssislər enerji qənaəti rejimindən istifadə etməyi, səsli köməkçiləri deaktiv etməyi, həmçinin yalnız orijinal aksesuarlarla şarj etməyi məsləhət görürlər. Onların sözlərinə görə, ucuz və keyfiyyətsiz kabellər daxili sxemlərə zərər verə, batareyada nasazlıqlar yarada və təhlükəli nəticələrə səbəb ola bilər.

Eyni zamanda, telefonu şarj zamanı istifadə etməmək və onun həddindən artıq qızmasının qarşısını almaq vacibdir. Çünki istilik akkumulyatora ciddi ziyan vurur və onun tez sıradan çıxmasına gətirib çıxarır.

Beləliklə, mütəxəssislər hesab edirlər ki, smartfon batareyasının uzunömürlü olması üçün cihazın enerjisini daim 20–80 faiz aralığında saxlamaq ən doğru yanaşmadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar