Hansı qapaqlar daha dözümlüdür?  - Qışlıq azuqənin davamlılıq sirri
22 avqust 2025 19:38 (UTC +04:00)

Hansı qapaqlar daha dözümlüdür? - Qışlıq azuqənin davamlılıq sirri

Evdar qadınlar illərlə bağlamaların daha uzun müddət saxlanılması üçün hansı qapaqların daha etibarlı olduğu barədə mübahisə edirlər.

Lent.az xarici mediaya istinadən bu barədə xəbər verir.

Həm ağ, həm sarı qapağın öz üstünlüyü var, lakin məhsulun növündən asılı olaraq seçim dəyişir. Sarı metal qapaqlar ən çox yayılmış və münasib qiymətədir. Qalay və lakla örtüldüyü üçün duz, şəkər, eləcə də turşulara davamlı hesab olunur. Demək olar ki, bütün növ konserv üçün uyğundur. Ağ metal qapaqlar isə korroziyaya qarşı daha dözümlü sayılır və keyfiyyətli qida örtüyü ilə təmin edilir. Xüsusilə pomidor, xiyar, giləmeyvə, şirələr və sirkəli marinadlar kimi turşulu məhsullar üçün daha çox tövsiyə olunur.

Mütəxəssislər qeyd edirlər ki, bağlamazdan əvvəl qapaqları 3–5 dəqiqə qaynar suda saxlamaq lazımdır, bu həm sterilizasiya, həm də rezin halqanın yumşalaraq bankaya daha sıx oturmasına kömək edir. Sterilizasiya tələb edən məhsullarda qapaqlar və rezinlər 2 saata qədər qaynamağa davam gətirir. Bağlayandan sonra bankanı çevirməklə mayenin sızıb-sızmadığını yoxlamaq vacibdir. Qapağın keyfiyyətindən əlavə, bəzən problem bağlama alətinin özündə olur, onun da istismar müddəti nəzərə alınmalıdır.

Bundan başqa, bankanın boğazında çat və ya qopuq olmamalıdır, əks halda qapaq tam oturmayacaq. Beləliklə, qış tədarüklərinin etibarlı saxlanması üçün məhsulun növünə uyğun qapaq seçmək əsas şərt sayılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar