SON DƏQİQƏ : Universitetə qəbul cavabları çıxdı
22 avqust 2025 22:31 (UTC +04:00)

SON DƏQİQƏ: Universitetə qəbul cavabları çıxdı

Ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.

lent.az xəbər verir ki, ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri elan olunub.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 19 avqust saat 23:59-da başa çatıb.

86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib.

Qeyd edək ki, abituriyentlər bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə və ya DİM-in saytında şəxsi kabinetə daxil olaraq nəticələrini öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236  nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar