Qəbul cavabları yubanır:  30 min abituriyent kəsiləcək, ən çox bu qrupdan
22 avqust 2025 17:27 (UTC +04:00)

Qəbul cavabları yubanır: 30 min abituriyent kəsiləcək, ən çox bu qrupdan

Bu il subbakalavrlar da daxil olmaqla 86 459 nəfər ali məktələrə qəbul üçün elektron ərizəsini təsdiq edib. Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə cavabların növbəti həftə elan olunması proqnozlaşdırılır.

Bəs görəsən, qruplar arası vəziyyət necədir? Kimlər risk altındadır?

Lent.az-a danışan elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, bu il 30 mindən çox abituriyent tələbə ola bilməyəcək:

“I ixtisas qrupu üzrə 20385 plan yeri uğrunda 23919 abituriyent mübarizə aparır. Bu qrupdan ən az 3534 abituriyent ali məktəbə qəbul ola bilməyəcək. II ixtisas qrupda isə 14935 plan yeri uğrunda 19040 abituriyent mübarizə aparır. Bu qrupa sənəd verən 4105 abituriyent tələbə adını qazana bilməyəcək.

Hər il olduğu kimi III ixtisas qrupunda vəziyyət gərgindir. Burada 15583 plan yeri uğrunda 24414 abituriyent mübarizə aparır və təəssüf ki, ən az 8831 abituriyent universitetə qəbul ola bilməyəcək.

IV ixtisas qrupunda da bu il vəziyyət gərgindir. 4732 plan yeri uğrunda 6966 abituriyent mübarizə aparır. Statistikalardan da gördünüyü kimi 2234 abituriyent müsabiqədən keçə bilməyəcək.

Ən çox namizədin kəsiləcəyi qrup V ixtisas qrupudur. Burasa 4704 plan yeri uğrunda 16517 abituriyent mübarizə aparır və azı 11813 abituriyent tələbə ola bilməyəcək.

Qeyd edim ki, eyni abituriyent bir neçə qrup üzrə ixtisaslar seçib. 2025/2026-cı tədris ili üçün dövlət sifarişi üzrə 28 401, ödənişli əsaslarla isə 32 088 olmaqla, ümumilikdə, 60 489 plan yeri ayrılıb. İxtisas qrupları üzrə statistika onu deyir ki, azı 30 517 abituriyentin universitetə qəbul arzusu reallaşmayacaq. Səhv seçim nəticəsində kəsilən abituriyentlərin sayı daha çox olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar