Vyetnamda koronavirusun yeni variantı aşkar edilib - havada sürətlə yayılan COVID-19-un Hindistan və Britaniya variantlarının qarışığıdır.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Vyetnamın səhiyyə naziri Nquen Than Lonq məlumat verib.
Keçən il ərzində koronavirusa qarşı uğurla mübarizə aparan Vyetnam indi daha da sürətlə yayılan yeni bir epidemiya ilə üzləşib.
Əvvəllər bilinəndən daha çox yoluxdura bilən yeni tip laboratoriya nümunələri virusun çox sürətlə yayıldığını göstərib.