Koronavirusun ən zəif variantı  AÇIQLANDI
25 dekabr 2021 19:30 (UTC +04:00)

Koronavirusun ən zəif variantı AÇIQLANDI

Edinburq Universitetinin nümayəndələri belə qənaətə gəliblər ki, COVID-19 koronavirusu bir qədər zəifləyib və hətta onun ən zəif mutasiyasını müəyyən təyin edə biliblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, elmi işlərin nəticələrinə görə, koronavirus infeksiyasının son variantı belə adlandırılıb və ona “Omicron” adı verilib.

Çinin Uhan şəhərində COVID-19 aşkarlanandan bəri müəyyən edilən bütün mutasiyalar arasında Omicron ən zəifi hesab edilib.

Qeyd etmək lazımdır ki, işin nəticələri hələ nəzərdən keçirilməyib. Lakin tədqiqatçılar əmindirlər ki, yeni mutasiya infeksiyası zamanı xəstəxanaya yerləşdirmə riski yüksək deyil.

Bundan başqa, yeni ştammın yaratdığı covid zamanı fəsadların inkişaf etməsi ehtimalı virusun əvvəlki versiyalarından daha aşağıdır.

Tədqiqat zamanı mütəxəssislər peyvənd, xəstələrin yaşı, cinsi, keçmiş xəstəliklər və s. kimi məlumatları nəzərə alıblar.

Nəticədə məlum olub ki, Omicron koronavirusa yoluxma halında xəstəxanaya yerləşdirmə “Delta” ştammı ilə müqayisədə 60 faiz azdır.

Bu halda, nisbətən "yumşaq" “Omicron” “Delta”nı sıxışdırmağa başlayır. Bu proses infeksiyanın insandan insana daha sürətli və asan keçməsi ilə izah olunur.

Yenidən mutasiyaya uğramış koronavirusa qarşı peyvəndin hələ də təsirli olduğuna inanılır, lakin “Omicron”dan qorunmaq üçün gücləndirici doza tələb olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Oxşar yazılar