Koronavirusdan qorunmağın gözlənilməz üsulu  AÇIQLANDI
17 noyabr 2021 19:09 (UTC +04:00)

Koronavirusdan qorunmağın gözlənilməz üsulu AÇIQLANDI

Yel Universitetinin alimləri müəyyən ediblər ki, soyuqdəymə insanı COVID-19-dan qoruya bilər.
 
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, mütəxəssislərin fikrincə, soyuqdəyməyə səbəb olan virus xəstə insanda immun reaksiya yaradır ki, bu da koronavirus infeksiyası ilə yoluxmanın qarşısını ala bilər. Bu kəşf COVID-19-a qarşı daha təsirli müalicə vasitələri tapmaq üçün başlanğıc nöqtəsi ola bilər.

İmmunitet reaksiyası xəstəliyin erkən mərhələsində reaksiya verən və virusun bədəndə çoxalmasının qarşısını alan interferon tərəfindən stimullaşdırılan genlərdən ibarətdir.

Tədqiqatçılar əvvəllər müəyyən ediblər ki, soyuqdəymə ilə bağlı artan immunitet insanı qripdən qoruya bilər, buna görə də elm adamları COVID-19 ilə mübarizə üçün oxşar üsul axtarmağa başlayıblar.
 
Mütəxəssislər tənəffüs yollarının laboratoriya toxumasında böyüyərək onu soyuqdəyməyə səbəb olan rinovirusa, sonra isə koronavirusa yoluxdurublar. Rinovirusla təmasdan sonra immun sisteminin aktivləşməsi baş verib ki, bu da SARS-CoV-2-nin yayılmasını dayandırıb.

Eyni zamanda alimlər vurğulayırlar ki, SARS-CoV-2-nin orqanizmdə eksponensial şəkildə çoxalmaması üçün bu prinsipə əsaslanan müalicəyə insanın koronavirus infeksiyasına yoluxduğu andan ən qısa zamanda başlamaq lazımdır.

Xəstəliyin sonrakı mərhələlərində bu cür terapiya təhlükəlidir, çünki yüksək səviyyəli interferon immunitet sistemini həddindən artıq stimullaşdıra və COVID-19-un daha ağır kursuna səbəb ola bilər.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5181
avatar

Oxşar yazılar