Pandemiya səbəbindən onlayn olaraq həyata keçirilən 2021 Dünya Peyvənd Konqresinin mütəxəssisləri koronavirusa qarşı ən yaxşı peyvəndi elan ediblər.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ABŞ-ın “Moderna” şirkətinin preparatı “COVID-ə qarşı ən yaxşı peyvənd” kateqoeuyasında qalib olub.
Rusiyanın “Sputnik V” və Britaniya-İsveç firmasının preparatı “AstraZeneca” nominasiyanın siyahısına düşüb.
Qeyd edilir ki, ABŞ-Almaniya “Pfizer” və “BioNTech” konsorsiumunun peyvəndləri də “kifayət qədər yüksək qiymət” alıb.
Qaliblərin və finalçıların hansı prinsiplə seçildiyi haqda xəbər verilmir