Dietoloq Yelena Solomatina çörək və yağ yeməyin zərərlərini açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dietoloq bildirir ki, bu məhsulların birləşməsi olduqca zərərlidir.
Onun sözlərinə görə, kərə yağı və çörək sadə, doyurucu və dadlı qəlyanaltı seçimi olmasına baxmayaraq, orqanizmdəki problemləri daha da ağırlaşdırır:
“Bu məhsulların birləşməsi kifayət qədər zərərlidir, çünki ağ çörəyin tərkibində “boş” kalori və şəkər, kərə yağı isə kifayət qədər yüksək kalorili və xolesterinlə zəngindir. Bununla belə, bu yeməyin zərərini minimuma endirmək mümkündür. Ağ çörəyi tam taxıllı qidalarla əvəz etmək daha məsləhətlidir”.