İnsanda  allergiya   necə yaranır? -  CAVAB
19 fevral 2024 17:32 (UTC +04:00)

İnsanda allergiya necə yaranır? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu allergiya ilə bağlıdır.

Allergiya - orqanizmin allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara qarşı yüksək həssaslığıdır.

Maraqlıdır, görəsən, insanda allergiya necə yaranır?

Lent.az xəbər verir ki, araşdırmalara görə, allergiya - adətən immun sisteminin zəifləməsi nəticəsində yaranır. Allergiya bəzi heyvanların tükünə, müxtəlif məhsullara, toza, dərmanlara, kimyəvi maddələrə, həşərat sancmasına və bitki tozcuğuna qarşı yarana bilər. Allergiyanı törədən maddələr allergen adlanır. Bəzi hallarda allergik reaksiyalar o qədər zəif təzahür edir ki, hətta siz özünüz də allergiya olduğunuzdan bixəbər ola bilərsiniz.

Allergiya çox ağır fəsadlar yarada bilər. Bu hal insanda həyati təhlükəyə səbəb ola bilər. Allergiyaya düçar olan insanlarda anafilaktik şok əmələ gələ bilər - bu, orqanizmin allergenə qarşı son dərəcə kəskin reaksiyası olan ağır patoloji vəziyyətdir. Anafilaktik şok müxtəlif allergenlərdən törəyə bilər: dərman preparatlarından, həşəratların sancmasından, qida məhsullarından. Anafilaktik şok, həmçinin dərinin allergenlə, məsələn, latekslə kontaktından da yaranır.  

Qida allergiyası - müəyyən məhsulların törətdiyi və müvafiq simptomlarla müşayiət edilən immun reaksiyadır. Orqanizm hər hansı bir məhsulu təhlükə hesab edəndə, qida allergiyası yaranır. Bu halda orqanizm özünü qorumaq üçün immun sistemini anticismlər istehsal etməyə məcbur edir. Allergenin bədənə təkrar daxil olduğu halda, immun sistemi o maddəni tez tanıyır və yenidən anticismlər istehsal etməklə dərhal reaksiya verir. Məhz elə bu maddələr allergik simptomlar yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7497
avatar

Arzu Qurbanlı

Oxşar yazılar