İnsan orqanizmində  yeni bakteriya   növü aşkar edildi
22 yanvar 2024 17:18 (UTC +04:00)

İnsan orqanizmində yeni bakteriya növü aşkar edildi

Britaniya alimləri insan orqanizmində yeni bakteriya növü aşkar ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Kenterberidə bir çoban yüksək hərarət səbəbilə xəstəxanalardan birinə aparılıb. Tədqiqatlar nəticəsində testdə infeksiyanın mənbəyi kimi iki fərqli bakteriya müəyyən edilib. Lakin növlərdən birini ənənəvi laboratoriya testlərindən istifadə etməklə müəyyən etmək mümkün olmayıb. Xəstənin aortasında bakteriya aşkar edilib.

Həkimlər Variovoraxın yeni növünü - torpaqda yaşayan bir qrup bakteriya aşkar ediblər. Bakteriyaların kimyəvi tərkibini və genomunu təhlil edən elm adamları bunun əvvəllər heç kimin təsvir etmədiyi yeni bir növ olduğunu müəyyən etdilər.

Alimlərin fikrincə, çoban bu bakteriyaya əlcəksiz heyvanlara yem verərkən yoluxub.

Hazırda bakteriya üzərində araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3309
avatar

Arzu Qurbanlı

Oxşar yazılar